SON DƏQİQƏ

AZPOST.AZ – Dünya Xəbər Agentliyi
50 yaşlı rayon sakini 38 yaşlı sevgilisini və onun atasını qətlə yetirib. Hadisə ötən gecə saat 12 radələrində Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Abşeron rayonunun Müşfiq qəsəbəsində yaşayan Sahib Hacıyev qeyri rəsmi münasibətdə olduğu 38 yaşlı Samirə Allahverdi qızı Əsədovanı və onun atası 64 yaşlı Allahverdi Bədirxan oğlu Əsədovu Sulutəpə dairəsində bıçaqla qətlə yetirib. Hadisə şahidlərindən əldə etdiyimiz məlumata görə hadisə ğısqanclıq zəminində baş verib. Sahib Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Samirə Əsədovanı atasının maşını ilə gedərkən təqib edib. Buna baxmayaraq Sairənin atası Allahverdi Əsədov avtomobilini saxlamayıb. Bu zaman Sahib Hacıyev idarə etdiyi avtomobili Allahverdi Əsədovun avtomobilinə çırpıb. Sonra isə maçından düşərək əvvəlcə Samirə Əsədovanı, sonra isə onun atasını öldürərək hadisə yerini tərk edib. Hadisədən bir qədər sonra cinayəti törədən Sahib Hacıyevin yeri müəyyən edilərək saxlanılıb. Faktla bağlı abşeron rayin prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
11 Sentyabr 2017 - 16:04 'də əlavə olundu və 120 views dəfə baxıldı.
Etiketlər :
BAĞLANTILI XƏBƏRLƏR
XƏBƏR HAQQINDA FİKİR BİLDİR
XƏBƏRDARLIQ! Nalayiq sözlər olan, aşağılayıcı cümlələr olan, pornografik, əxlaqsız və müəllif hüquqlarını pozan mətnlərdən olacaq olan maddi, hüququi, cəza bu mətni göndərən kişiyə aiddir.

Abşeronda dəhşətli qətl törədilib-Hadisə yerindən FOTO

POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏR
SON DƏQİQƏ