SON DƏQİQƏ

AZPOST.AZ – Dünya Xəbər Agentliyi

Xuliqanlıq edən iki dost zərərsizləşdirilib

Xuliqanlıq edən iki dost zərərsizləşdirilib
Bu xəbər 13 Sentyabr 2017 - 15:06 'də əlavə olundu və 86 views dəfə baxıldı.

Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və onlaryaxalanaraq istintaqa təhvil veriliblər. Anar Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.

İlkin ifadəsi zamanı saxlanılan şəxs zərərçəkənin onun ailə üzvlərindən birinin ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı Qabil Əliyevlə  birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb araşdırmalar aparılır.

Etiketlər :
XƏBƏR HAQQINDA FİKİR BİLDİR
XƏBƏRDARLIQ! Nalayiq sözlər olan, aşağılayıcı cümlələr olan, pornografik, əxlaqsız və müəllif hüquqlarını pozan mətnlərdən olacaq olan maddi, hüququi, cəza bu mətni göndərən kişiyə aiddir.
POPULYAR FOTO QALEREYALAR
SON DAKİKA HABERLERİ
BAĞLANTILI XƏBƏRLƏR
SON DƏQİQƏ