SON DƏQİQƏ

AZPOST.AZ – Dünya Xəbər Agentliyi

Daşkəsəndə ər arvadını boğaraq qətlə yetirib

Daşkəsəndə ər arvadını boğaraq qətlə yetirib
Bu xəbər 14 Sentyabr 2017 - 16:44 'də əlavə olundu və 100 views dəfə baxıldı.

 

Daşkəsən sakini, 33 yaşlı Ramil Rafiq oğlu Həsənov həyat yoldaşı 27 yaşlı  Könül Hafiz qızı Əzizovanı aralarında yaranan mübahisə zamanı boğaraq qətlə yetirib. Əldə etdiyimiz məlumata görə Könül Əzizova 8 yaşlı övladını götürərək rayonun Bayan kəndində yerləşən atası evinə gəlib. Qadının qohumlarından birində toy məclisi olub. Ramil Həsənov isə həyat yoldaşına həmin toy məclisində iştirak etməməsini bildirib.

Həyat yoldaşının xəbərdarlığına baxmayaraq  Könül toya gedib. Bunu eşidən Ramillə aralarında mübahisə düşüb. Nəticədə ər qısqanclıq zəminində yoldaşını azyaşlı övladlarının və Könül Əzizovanın anasının gözləri qarşısında boğaraq qətlə yetirib. Hadisədən sonra Ramil Həsənov könüllü şəkildə polisə təslim olub. Faktla bağlı Daşkəsən rayon prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Etiketlər :
XƏBƏR HAQQINDA FİKİR BİLDİR
XƏBƏRDARLIQ! Nalayiq sözlər olan, aşağılayıcı cümlələr olan, pornografik, əxlaqsız və müəllif hüquqlarını pozan mətnlərdən olacaq olan maddi, hüququi, cəza bu mətni göndərən kişiyə aiddir.
POPULYAR FOTO QALEREYALAR
SON DAKİKA HABERLERİ
BAĞLANTILI XƏBƏRLƏR
SON DƏQİQƏ