SON DƏQİQƏ

AZPOST.AZ – Dünya Xəbər Agentliyi
Abşeron rayon polis idarəsinin əməliyyatçilari qadina məxsus mənzildən seyf oğurlayan qohumlari tutub. Saxlanilan şəxslərdən biri oğurluq etdiyi evdə əvvəllər usta işləyib.  Hadisə Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb. Xatirə Cəfərova rayon polis idarəinə müraciət edərək bildirib ki, Xırdalan şəhərindəki yaşayış komplekslərindən birində yerləşən evindən içərisində 500 manat, 200 ABŞ dollar, 2 min manat dəyərində bir cüt qızıl sırğa və sənədləri olan seyfi oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğrular mənzilə açarseçmə üsulu ilə daxil olublar. Polis əvvəllər Xatirə Cəfərovanın mənzilində usta kimi işləryən Toğrul Əmirəhmədov və onun qaynı İnam İsbatovu şübhəli şəxs qismində saxlayıb. Dindirmə zamanı məlum olub ki, seyfi evdən Toğrul çıxarıb, daha sonra qaynının avtomobili ilə yaşadığı evin həyətinə aparıb.  Toğrul Əmirəhmədov seyfdən çıxan puldan qaynına cəmi 50 manat verib. Onlar izi itirmək məqsədi ilə oğurluq seyfi Maştağa qəsəbəsinə apararaq orda kanala atıblar. Polis saxlanılan şəxslərin iştrakı ilə seyfi kanaldan çıxarıb. Faktla bağlı Abşeron rayon polisi idarəsində cinayət işi başlanıb, polis saxıanılan şəxslərin oxşar cinayətlərdə iştiraklarının olub olmamasını araşdırır.
25 Sentyabr 2017 - 17:28 'də əlavə olundu və 132 views dəfə baxıldı.
Etiketlər :
BAĞLANTILI XƏBƏRLƏR
XƏBƏR HAQQINDA FİKİR BİLDİR
XƏBƏRDARLIQ! Nalayiq sözlər olan, aşağılayıcı cümlələr olan, pornografik, əxlaqsız və müəllif hüquqlarını pozan mətnlərdən olacaq olan maddi, hüququi, cəza bu mətni göndərən kişiyə aiddir.

Bakıda yeznə qaynını aldadaraq oğurluğa apardı-FOTO

POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏR
SON DƏQİQƏ