SON DƏQİQƏ

AZPOST.AZ — Dünya Xəbər Agentliyi
Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilir.APA
09 сентября 2017 - 7:28 'də əlavə olundu və 31 views dəfə baxıldı.
BAĞLANTILI XƏBƏRLƏR
XƏBƏR HAQQINDA FİKİR BİLDİR
XƏBƏRDARLIQ! Nalayiq sözlər olan, aşağılayıcı cümlələr olan, pornografik, əxlaqsız və müəllif hüquqlarını pozan mətnlərdən olacaq olan maddi, hüququi, cəza bu mətni göndərən kişiyə aiddir.

Azərbaycan Myanmardan olan müsəlman qaçqınlara humanitar yardım göndərib

-nın məlumatına görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə yol salınır. Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına ümumilikdə 100 ton humanitar yardım göndərilib: "Yardıma 20 ton şəkər tozu, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel və 20 ton un daxildir". Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə ərazidən qaçmağa çalışır. Bölgədə humanitar fəlakət yaşanır.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏR
SON DƏQİQƏ