SON DƏQİQƏ

AZPOST.AZ — Dünya Xəbər Agentliyi
Bu ilin iyul ayının 30-da Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birinə basqın edən maskalı naməlum şəxslər ev sahibi və həyat yoldaşına zor tətbiq edib əl-qollarını bağlayaraq mənzildən 5800 ABŞ dolları, 2200 manat pulu, 3 ədəd mobil telefon, 1 ədəd “Frank Müller” markalı qol saatı, 1 ədəd suvenir xəncəri quldurluq yolu ilə talayaraq hadisə yerindən qaçıblar. Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Anar Əmirli, Bəhruz Hacızadə, Bərdə rayon sakinləri Natiq Musayev, onun qohumu Elməddin Musayev tərəfindən törədildiyi müəyyən edilib və adları çəkilən şəxslər saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Cinayət yolu ilə əldə edilən pul və qiymətli əşyalar isə saxlanılan şəxslər arasında bölünüb. Ev sahibinə məxsus olan “Frank Müller” markalı qol saatı isə dəstə üzvü Elməddin Musayevdən aşkar edilərək götürülüb. Qeyd edilən faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
 
06 сентября 2017 - 16:34 'də əlavə olundu və 39 views dəfə baxıldı.
Etiketlər :
BAĞLANTILI XƏBƏRLƏR
XƏBƏR HAQQINDA FİKİR BİLDİR
XƏBƏRDARLIQ! Nalayiq sözlər olan, aşağılayıcı cümlələr olan, pornografik, əxlaqsız və müəllif hüquqlarını pozan mətnlərdən olacaq olan maddi, hüququi, cəza bu mətni göndərən kişiyə aiddir.

Evə basqın edən maskalı şəxslər saxlanılıb-FOTO

POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏR
SON DƏQİQƏ